Mbappe "Real"da nömrə seçimini etdi

Mbappe "Real"da nömrə seçimini etdi

PSJ-dən  ayrılaraq azad agent qismində "Real Madrid"ə qoşulan Kilian Mbappe yeni komandasında nömrə seçimini edib. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, fransalı hücumçu 9 nömrəli forma ilə mübarizə aparacaq. Mənbə Kilianın müqavilə ərəfəsində "Real"dan hazırda Luka Modriçdə olan 10 nömrəli geyim dəstini istəmədiyini bildirib.

Qeyd edək ki, Mbappe "Real"la müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər