İspaniya mətbuatı fransalı hücumçu Kilian Mbappenin (Kylian Mbappe) PSJ-dən "Real Madrid"ə keçə biləcəyi ilə bağlı detalları araşdırmağa və paylaşmağa davam edir.
Fanat.Az İspaniyanın "MARCA" nəşrinə istinadən xəbər verir ki, Mbappe "Real Madrid"də 19 nömrə altında oynayacaq.
Hazırda 19 nömrəli futbolka ispaniyalı müdafiəçi Alvaro Odriosoloya məxsusdur, amma futbolçunun cari "transfer pəncərəsi"ndə Kral Klubunu tərk edəcəyi gündəmdədir.
Qeyd edək ki, dünən "Real Madrid" klubu Mbappeyə görə Fransa klubuna 160 milyon avro təklif etmişdi. PSJ klubu isə futbolçuya görə 200 milyon avro istəyərək təklifi rədd etmişdi.
Emin Şəmsiyev