Mbappe ÇL-in qalibi olmağı üstün tutur, yoxsa "Qızıl top" mükafatını? - Sualı cavablandırdı

Mbappe ÇL-in qalibi olmağı üstün tutur, yoxsa "Qızıl top" mükafatını? - Sualı cavablandırdı

"Real Madrid"in hücumçusu Kilian Mbappe "Çempionlar Liqasının qalibi olmağı seçərdiniz, yoxsa "Qızıl top" mükafatını" sualını cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:

"Qızıl top" fərdi mükafatdır. Mən isə həmişə demişəm ki, "Real"ın futbolçusu olmaq qiymətsizdir. Klubun bir parçası qismində Çempionlar Liqasını  qazanmağa hədəflənmişəm. Qollar? Qol vurmaqdan təbii ki, xoşum gəlir, ancaq əsas məsələ komanda ilə mükafat qazanmaqdır. Həm ÇL-i nəzərdə tuturam, həm də La Liqanı".

Xatırladaq ki, bu yay PSJ-dən azad agent qismində ayrılaraq "Real"a qoşulan Mbappe müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər