PSJ-nin ulduz hücumçusu Kilian Mbappe Liqa 1-in 27-ci turunda səfərdə "Olimpik Marsel" üzərində qələbədən (2:0) sonra sosial şəbəkə hesabında müəmmalı paylaşım edib.
Fanat.Az xəbər verir ki, matçın 64-cü dəqiqəsində əvəzlənən 25 yaşlı forvard baş məşqçi Luis Enrikenin qərarından narazı qalıb.
Onun oyunsonrası reaksiyası da bundan xəbər verir. Belə ki, Mbappe "Instagram" hesabında kapitan sarğısını əlində tutaraq başıaşağı şəkildə meydanı tərk edərrkən çəkilmiş fotosunu paylaşıb.

Qeyd edək ki, PSJ ilə yeni müqavilə imzalamayan Kilian Mbappenin yayda "Real Madrid"ə transfer olunacağı gözlənilir.
Mirağa