"Qalatasaray"ın sabiq hücumçusu Mauro İkardi 2099-cu ilə qədər Argentinada avtomobil idarə edə bilməyəcək. Fanat.Az xəbər verir ki, informasiyanı "Yahoo Sports" yayıb. Mənbənin məlumatına görə, bu qərar onun yol hərəkəti qaydalarını pozduğunu göstərən videonun sosial mediada yayılmasından sonra verilib. Görüntülərdə 33 yaşlı argentinalı futbolçunun avtomobillə qapalı ərazidən keçdiyi görünür. Onun yoldaşı Çina Suarez avtomobil idarə edərkən təhlükəsizlik kəmərini açır və belinə qədər pəncərədən çıxır. Səlahiyyətli orqanlar tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, İkardinin həmin vaxt etibarlı sürücülük vəsiqəsi olmayıb. Məlumata görə, onun İtaliya sürücülük vəsiqəsi 2019-cu ilin may ayında Buenos-Ayresdə yenilənməli idi. Buenos Ayres əyalətinin Nəqliyyat Nazirliyi futbolçunu kobud səhlənkarlıqda ittiham edib. Qeyd edək ki, İkardi 4 il şərəfini qoruduğu "Qalatasaray"dan bu yay ayrılıb. İstanbul nəhəngində keçirdiyi son mövsümdə 47 matça çıxan forvard 16 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə “cimbom”un heyətində 134 oyun keçirən argentinalı 77 qol vurmağı bacarıb. Mirağa
Mauro İkardiyə inanılmaz qadağa - 73 il
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:38
15.10.2026
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:50
15.10.2026
"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi
Azərbaycan futbolu
17:14
15.10.2026
1-ci Liqa: Lider ilk məğlubiyyətin acısını daddı, "Səbail"dən inamlı qələbə