"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi komandadakı statusu ilə bağlı narazılığını kəskin şəkildə ifadə edib.
Fanat.Az xəbər verir ki, təcrübəli forvard az oyun şansı qazanmasından duyduğu məyusluğu meneceri vasitəsilə klub rəhbərliyinə çatdırıb.
Mətbuatda yayılan məlumatlara görə, argentinalı ulduz baş məşqçi Okan Buruka ismarıc göndərərək, "Mən son 10-15 dəqiqənin oyunçusu deyiləm" deyə etirazını bildirib.
Cari mövsümdə əsas heyətdəki yerini itirmək təhlükəsi ilə üzləşən İkardinin bu çıxışının komanda daxilindəki ab-havaya necə təsir edəcəyi maraqla gözlənilir.