Maurisio Poçettino: "Mourinyonun yerinə mən..."

Maurisio Poçettino: "Mourinyonun yerinə mən..."

"Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyonun yerinə ən real namizəd sayılan Maurisio Poçettino BBC-yə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, argentinalı belə deyib: "Mourinyonun göndərilməsi mənim üçün üzücü xəbərdi. Jozeyə hər şeyin ən yaxşısını arzulayıram. Onun yerinə mən keçirəm? Hazırda "Tottenhem”in çalışdırıcısıyam və haqqımda yayılan informasiyaları normal qarşılayıram. Hədəfim "Tottenhem”də mümkün olanın ən yaxşısını etmək, maksimum nəticələrə nail olmaqdı”.

Qeyd edək ki, Poçettino 2014-cü ildən Hotspur təmsilçisini çalışdırır. O, daha öncə "Espanyol” (2009-2012) və "Sauthempton”un (2013-2014) baş məşqçisi olub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər