Matiya Şpiçiç: "Yalnız bu halda avrokuboklara düşə bilərik"

Matiya Şpiçiç: "Yalnız bu halda avrokuboklara düşə bilərik"
"İnter"in xorvat müdafiəçisi Matiya Şpiçiçin müsahibəsi
 
- “Rəvan”la oyun demək olar iki gün çəkdi, buna baxmayaraq, “İnter”ə lazım olan nəticəni əldə etmək müyəssər oldu.
- Hava şəraiti gözlənilməz faktordu. Hər iki komanda bazar günü matçına köklənmişdi, lakin pisləşən hava bütün planları pozdu və matç bir günə sonraya təxirə salındı. Bununla belə, uşaqlara oyuna köklənmək və özlərini göstərmək müyəssər oldu.
 
- Amma səni belə hava yəqin o qədər də təəccübləndirmədi. Axı Rusiyanın ən şimal klublarındna birində -Novosibirskin “Sibir” komandasında çıxış etmisən.
- Bəli, “Sibir”də oynayanda belə hava şəraitiylə qarşılaşırdıq. Lakin belə küləklə qarı heç zaman görməmişdim, “Rəvan”adək belə havada oynamamışdım.
 
- Oyunsonrası statistik hesabatlarda sənin adınını meydançada ən çox məsafə qət etmiş futbolçuların siyahısında demək olar həmişə tapmaq olar.
- Etiraf edim ki, buna böyük diqqət ayırmıram. Meydançaya çıxarkən sadəcə işimi yaxşı yerinə yetirməyi düşünürəm və bu, mənim üçün əsasdı.
- Kaxaber Tsxadadzenin istifadə etdiyi taktiki sxemdə sənə hücumlarda böyük rol verilir. Belə taktiki sxemə tam uyğunlaşa bilmisən?
- Etiraf edirəm ki, belə sxem mənim üçün hətta 4 müdafiəçilə oynamaqdan daha rahatdı. Belə taktika hücumlara daha çox qoşulmağa imkan verir. Məhz buna görə çempionat oyunlarında bir neçə qol vurmaq mənə müyəssər oldu.
 
- Hazırda komanda turnir cədvəlində 3-cü yeri tutur, lakin qarşıda “İnter”i 8 əsas oyun gözləyir. Səncə, “İnter”ə mövsümü özünə lazım olan mövqedə başa vurmaq müyəssər olacaqmı?
- Komanda buna inanır. Hər oyun bizim üçün vacibdi. Xal toplamaq və məqsədə doğru addımlamaq lazımdı. Hər oyuna köklənmək lazımdı, yalnız bu halda avrokuboklara düşə bilərik.
 
- Ötən il “İnter”in heyətində avrokuboklarda debüt etmisən. Yəqin daha bir qitəmiqyaslı turnirdə iştirak etmək istəyirsən?
- Avrokuboklar unikal yarışdı. Hər bir futbolçu avrokubok oyunlarında iştirak etmək istəyir. Ümid edirəm ki, bu turnirə düşə biləcəyik. Cari mövsümdə biz yaxşı çıxış edirik və çempionatın nəticələrinə görə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların sırasına düşmək istəyirik.
 
- Qarşıda komandanı “Simurq”la səfər oyunu gözləyir. Bazar günü keçiriləcək oyun barədə nə deyə bilərsən?
- “Simurq” güclü rəqibdi. Bizi çətin oyun gözləyir. Bəli, komandamız yaxşı formadadı, kollektivdə yaxşı atmosfer hökm sürür, bununla belə, anlayırıq ki, bu matç asan olmayacaq. Rəqib doğma tribunalar qarşısında oynayır və onlar bu üstünlükdən istifadə etməyə çalışacaqlar. 
inter.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər