Matis Tel İngiltərə nəhənginə keçməyə yaxındır

Matis Tel İngiltərə nəhənginə keçməyə yaxındır

"Bayern Münhen"in hücumçusu Matis Tel karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Çelsi" Teli öz hücumçusu Kristofer Nkunku ilə dəyişmək istəyir. Mənbə hazırda tərəflərin danışıq apardıqlarını vurğulayıb.

Bu mövsüm bütün turnirlərdə 11 matça çıxan Tel məhsuldar göstəricilərlə yadda qalmayıb.

Cari "futbol ili"ndə "zadəganlar"ın forması ilə 28 oyun keçirən Nkunku 13 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər