Mateta "Kristal Pelas"ı FİFA-ya şikayət etdi

Mateta "Kristal Pelas"ı FİFA-ya şikayət etdi

"Kristal Pelas"ın hücumçusu Jan-Filipp Mateta klubu ilə yaşadığı müqavilə mübahisəsini FİFA-ya daşıyıb.

Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, fransalı forvard sözləşməsinin opsiyayla uzadılan son ilinin etibarsız olduğunu iddia edir.

Klub rəhbərliyi opsiyanı işə salaraq müqaviləni uzatsa da, futbolçu bu qərarla razılaşmır.

FİFA-nın məsələ ilə bağlı yaxın vaxtlarda yekun qərarını açıqlayacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər