Futbolçulardan federasiyaya etiraz: Maska ilə oyuna çıxdılar - FOTOLAR

Futbolçulardan federasiyaya etiraz: Maska ilə oyuna çıxdılar - FOTOLAR
"Qremio" (Gremio) futbolçuları bazar günü ştat çempionatı çərçivəsində "San-Luiz"lə (Sao Luiz) oynanılan matça qoruyucu maska ilə çıxıblar.
Fanat.Az xəbər verir ki, oyunçular bu yolla koronavirus (coronavirus) pandemiyasının yayılmasına rəğmən çempionatı təxirə salmayan Braziliya Futbol Federasiyasının rəhbərliyinə etiraz ediblər.
Baş məşqçi Renato Portaluppi qeyd edib: "Bütün dünyada idman yarışları dayandırılıb. Bəs Braziliyada futbol oyunları niyə davam edir? Bu yolla mesaj vermək istədik. Ümid edirik ki, bizə qulaq asacaqlar".
Oyun "Qremio"nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün Braziliya Futbol Federasiyası çempionatların dayandırıldığını bəyan edib.
 
Futbolçulardan federasiyaya etiraz: Maska ilə oyuna çıxdılar - FOTOLAR Futbolçulardan federasiyaya etiraz: Maska ilə oyuna çıxdılar - FOTOLAR
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər