Tanınmış italiyalı jurnalist - "Corriere dello Sport"un əməkdaşı Massimiliano Martini rusiyalı hücumçu Aleksandr Kokorinə məsləhət verib.
Fanat.Az-ın məlumatına görə, Rusiyanın "Sport24" saytı onun dediklərini belə çatdırıb:
"Kokorin "Fiorentina"da çıxış edəndə heç A Seriyasının autsayderində oynamağa belə, layiq olmadığı aşkar şəkildə hiss edildi. Məncə, Florensiya və ümumiyyətlə İtaliya onluq deyil. Elə Kiprdə qalsa, yaxşıdır".
Qeyd edək ki, müqavilə ilə "Fiorentina"ya məxsus olan Kokorin icarə əsasında Kiprin "Aris" klubunun formasını geyinir.
Nihat