Martines ardıcıl ikinci dəfə Lev Yaşin mükafatına sahib çıxdı

Martines ardıcıl ikinci dəfə Lev Yaşin mükafatına sahib çıxdı

“Aston Villa”nın və Argentina milli komandasının qapıçısı Emiliano Martines ilin ən yaxşı qapıçısına təqdim edilən Lev Yaşin mükafatını qazanıb.

Fanat.Az xəbər verir ki, sıralamada ikinci yeri Unai Simon (“Atletik”), üçüncü yeri isə Andrey Lunin (“Real”) tutub.

Dünyanın ən yaxşı 10 qapıçısının siyahısında həmçinin Mayk Menyan (“Milan”), Dioqo Koşta (“Portu”), Canluici Donnarumma (PSJ), Qreqor Kobel (“Borussiya”, Dortmund), Georgi Mamardaşvili (“Valensiya”), Yan Zommer (“İnter”) və Ronven Uilyams (“Mamelodi Sandauns”) da yer alıb.

Qeyd edək ki, Martines ötən mövsüm də bu mükafatı qazanmışdı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər