İtaliya "İnter"i İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Antoni Marsyalı transfer edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, 28 yaşlı fransalı "neradzurri"nin "Genoa"dan Albert Qudmundssonu ala bilməyəcəyi təqdirdə onun alternativi kimi nəzərdən keçirilir.
Martsyalın "qırmızı şeytanlar"la müqaviləsinin müddəti bu yay başa çatacaq.
Antoni Marsyal bu mövsüm "Mançester Yunayted"in heyətində 19 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa