Braziliya yığmasının üzvü Marselo dünya çempionatlarının tarixinə düşüb. Fanat.az xəbər verir ki, futbolçu avtoqola imza atmaqla adını tarixə yazdırıb.
Belə ki, indiyədək heç bir dünya çempionatının açılış matçında avtoqol qeydə alınmamışdı. Xorvatiya ilə oyunun 11-ci dəqiqəsində topu öz qapısına göndərən braziliyalı Neymar bir ilkə səbəb olub.
Qeyd edək ki, Braziliya açılış matçında 3:1 hesablı qələbə qazanıb.
Fanat.az