Markoviç "Xəzər Lənkəran"a qələbə şansı vermədi

Markoviç "Xəzər Lənkəran"a qələbə şansı vermədi
Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Oğuz Çətin yetirmələrini Serbiyanın “Rad” klubu ilə oyunda sınayıb.
Hesabı 21-ci dəqiqədə "Xəzər Lənkəran" açıb. Tural Cəlilov Rəşad Sadiqovun ideal ara ötürməsini dəqiq zərbə ilə tamamlayıb. 73-cü dəqiqədə İvan Markoviç Orxan Sadıqlı ilə təkbətək mübarizədən qalib ayrılaraq hesabı bərabərləşdirib. 80-cı dəqiqədə Rauf Əliyev Qalin İvanovun ötürməsini bir toxunuşla tora göndərərək komandasını yenidən hesabda önə keçirib. Lakin 2 dəqiqə sonra İvan Markoviç "Xəzər Lənkəran"ın müdafiə xəttində yaranan boşluqdan yararlanaraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, "Xəzər Lənkəran" Sloveniyada artıq iki oyun keçirib. Oğuz Çətinin yetirmələri Ukrayna "Karpatı"sına 2:1, Latviya "Yurmala"sına 3:1 hesabı ilə qalib gəlib.
 
Yoxlama oyunu
22 iyul
Xəzər Lənkəran (Azərbaycan) - Rad (Serbiya) 2:2
Qollar: Tural Cəlilov, 21. Rauf Əliyev, 80 - İvan Markoviç, 73; 82.
Xəzər Lənkəran: Orxan Sadıqlı, Tural Cəlilov, Tyeqo, Manuel Skarlatake, Vanderson Skarduelli, Rahid Əmirquliyev, Elnur Abdullayev, Rəşad Sadiqov (Ağabala Ramazanov), Deyan Blajevski (Fernandinyo), Qalin İvanov, Junior Nildo (Rauf Əliyev).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər