Marko Roysa Türkiyədən təklif - Götür-qoy edir

Marko Roysa Türkiyədən təklif - Götür-qoy edir

"Borussiya Dortmund"un yarımmüdafiəçisi Marko Roysun gələcəyi hələlik qeyri-müəyyəndir. 

Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçu yayda sürpriz klub seçə bilər.

Bu barədə "Footballhd" məlumat yayıb. Mənbənin məlumatına görə, Türkiyənin "Trabzonspor" klubu Roysa maraq göstərir. Onun bu təklifi götür-qoy etdiyi bildirilir. 

Alman futbolçu bu mövsüm "Borussiya"nın 27 matçında iştirak edib. O, bu görüşlərdə altı qol vurub və üç məhsuldar ötürmə verib. Roys hələ də ölkəsində baş tutacaq AÇ-2024-də yığmaya çağırılacağına ümid edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər