Marko Roys "Borussiya" ilə bağlı qərarını verdi - Üç ölkədən təklifi var

Marko Roys "Borussiya" ilə bağlı qərarını verdi - Üç ölkədən təklifi var

"Borussiya"nın yarımmüdafiəçisi Marko Roys bu yay Dortmund klubundan ayrılacaq.

Fanat.Az xəbər verir ki, sözügedən klubun əfsanəsinə üç ölkədən real təklif gəlib. 

Bu barədə informasiyanı "Teamtalk" yayıb.

Xəbərə görə, "Borussiya"da 12 mövsüm keçirən 34 yaşlı futbolçu ilə MLS, Türkiyə və İngiltərə klubları maraqlanır. Xüsusilə "Vest Hem" variantı daha real görünür. Oyunçuların agentləri onun xidmətlərini İngiltərə Premyer Liqa klubuna təklif ediblər.

Cari mövsüm "Borussiya" forması ilə bütün turnirlərdə 28 matça çıxan Marko 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər