"Borussiya" ilə müqaviləm 2017-ci ildə başa çatacaq. Dortmundda olduğum üçün çox xoşbəxtəm. Hazırda komandamın uğurundan başqa heç nəyi düşünmürəm. Hər şeyi zaman göstərəcək. Sadacə gözləmək lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri "Borussiya"nın futbolçusu Marko Reus deyib.
Ötən il Mario Götzeni transfer haqqını almadan "Bavariya"ya verməli olan "Borussiya" Reusun müqaviləsinə xüsusi maddə daxil edib. Həmin maddəyə əsasən onu alman istəyn klub 40 milyon avrodan keçməlidi. Ulduz futbolçunun "Real", PSJ, "Mançester Siti", "Arsenal" və "Barselona"nın hədəfində olduğu deyilir.
Fanat.az