Markinyos ərəblərə nə deyəcək? - SON DURUM 

Markinyos ərəblərə nə deyəcək? - SON DURUM 

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu PSJ-nin müdafiəçisi və kapitanı Markinyosla maraqlanır. 

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Fabris Hokins məlumat yayıb.

Mənbənin məlumatına görə, Markinyos özü PSJ-də qalmaq istəyir və Səudiyyə Ərəbistanına köçmək fikrində deyil. Bununla belə, PSJ-nin futbolçunu satmağa hazır olduğu bildirilir. Buna səbəb Kilian Mbappe ilə klub rəhbərliyi arasındakı münaqişədə Markinyosun futbolçunun tərəfini saxlamasıdır. 

29 yaşlı braziliyalının Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər