Mariya Stadnik yenə dünyanın ən güclüsü oldu

Mariya Stadnik yenə dünyanın ən güclüsü oldu
Qadın sərbəst güləşçilərin yeni reytinq cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın xanım güləşçiləri 15-18 yanvar tarixlərində İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq seriyalı turnirdə iştirak etməsə də, ilk "onluq”da üç təmsilçimiz yer alıb.
50 kq-da ikiqat dünya və yeddiqat Avropa çempionumuz Mariya Stadnik dünya birincisidi. 60 xalı olan ukraynalı legionerimiz ən yaxın rəqibi rumıniyalı Emilia Alina Vuçu altı xal qabaqlayır. 
59 kq çəki dərəcəsində yarışan Tatyana Omelçenko 16 xalla 7-ci yeri tutur. 
Avropa çempionumuz Elis Manolova (65 kq) isə 23 xalla 3-cü yerdə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər