Türkiyə Superliqasında mübarizə aparan "Adana Demirspor" heyətini gücləndirib.
26 il sonra elitaya qədəm qoyan adanalılar Yunus Belhanda və Brit Assombalonqanın ardından italiyalı ulduz Mario Balotellini rənglərinə bağlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Balotelli 3 illik müqaviləyə imza atıb.
31 yaşlı Mario daha öncə "İnter", "Milan", "Mançester siti", "Liverpul", "Marsel", "Nitsa" kimi klublarda çıxış edib.
Emin Şəmsiyev