Türkiyənin "Adana Demirspor" klubunun hücumçusu Mario Balotelli 3 illik fasilədən sonra yenidən İtaliya millisinə dəvət alıb.
Fanat.Az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Roberto Mançininin DÇ-2022-nin seçmə mərhələsinin pley-off oyunları üçün yığmaya çağırdığı 35 futbolçudan biri də Balotellidir.
32 yaşlı Mario son dəfə 2018-ci ilin sentyabrında, Polşaya qarşı UEFA Millətlər Liqasının oyununda (1:1) seçmənin formasını geyinib.
İtaliya martın 24-də Şimali Makedoniya ilə qarşılaşacaq. Bu dueldə üstün olan tərəf martın 29-da Portuqaliya - Türkiyə cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.