"Marca"dan Şimali Makedoniyaya dəstək: "Böyüklərin qatili..." - FOTO

"Marca"dan Şimali Makedoniyaya dəstək: "Böyüklərin qatili..." - FOTO

Şimali Makedoniya bu axşam Portuqaliya ilə DÇ-2022-nin pley-off mərhələsində final qarşılaşmasına çıxacaq. 

Fanat.Az xəbər verir ki, İtaliyanı mundiala buraxmayan, daha böyük sürpriz görmək istəyən neytral azarkeşlərin böyük əksəriyyətinin dəstəyinə malik olan makedoniyalıları İspaniyanın məşhur “Marca” qəzeti də dəstəkləyir.

Dolayısı ilə bu komandanın tərəfini tutan ünlü nəşr bugünkü sayının birinci səhifəsində “Böyüklərin qatili Ronaldonu hədələyir” başlığı ilə Makedoniya bayrağını və Kriştianu Ronaldunun şəklini dərc edib.  "Marca"dan Şimali Makedoniyaya dəstək: "Böyüklərin qatili..." - FOTO Qeyd edək ki, Portuqaliya - Şimali Makedoniya oyunu bu gün, Bakı vaxtı ilə 22:45-də keçiriləcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər