Marat İzmayılov Lənkərana buraxılmayacaq

Marat İzmayılov Lənkərana buraxılmayacaq
"Qəbələ" "Xəzər Lənkəran"la cavab matçına tam heyətlə yollanmayacaq. Fanat.az xəbər verir ki, Yuri Syomin bu oyunda Marat İzmayılovun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb rusiyalı futbolçunun cəzalı duruma düşməsidi. 1/4 finalın "Qarabağ"la matçının 86-cı dəqiqəsində "sarı" alan Marat "Xəzər Lənkəran"la qarşılaşmanın 54-cü dəqiqəsində cəzalanıb. İzmayılov hər iki halda hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə görüb. Bu səbəbdən o, yarımfinalın cavab matçını buraxmalı olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər