Maradonanın forması rekord qiymətə satıldı - FOTO

Maradonanın forması rekord qiymətə satıldı - FOTO

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın forması hərracda rekord qiymətə satılıb.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan alıcı geyim dəsti üçün 8,4 milyon avro ödəyib.

Mərhum oyunçu həmin formanı 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İngiltərə yığmasının qapısına əllə qol vurduğu 1/4 final matçında (2:1) geyinib. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub. O, formanı matçdan sonra Maradona ilə dəyişib.

Bu, indiyədək auksionda hansısa idman atributuna ödənilmiş ən yüksək məbləğdir. Əvvəlki rekord 2019-cu ildə qeydə alınıb. Həmin il ABŞ-ın "Nyu-York Yankiz" komandasının beyzbolçusu Beyb Rutun forması 5,2 milyon avroya satılıb.

Maradonanın forması rekord qiymətə satıldı - FOTO

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər