Maradonanın cəsədi məqbərəyə köçürüləcək - Məhkəmə qərar verdi

Maradonanın cəsədi məqbərəyə köçürüləcək - Məhkəmə qərar verdi

Argentinanın San-İsidro şəhər məhkəməsi əfsanəvi Dieqo Maradonanın övladlarının xahişilə futbolçunun cəsədinin məqbərəyə köçürülməsi barədə qərar qəbul edib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Clarin" yayıb.

Mənbənin məlumatına görə, dünya futbol əfsanəsinin cənazəsi özəl Bella Vista qəbiristanlığından Buenos-Ayresin mərkəzində tikilən məqbərəyə köçürüləcək.

Məqbərənin tikintisi futbolçuya həsr olunmuş “Memorial 10” layihəsinin bir hissəsidir. Layihəyə əsasən, məqbərə ziyarətçilərin üzünə açıq olacaq.

Maradona 2020-ci ildə 40 yaşında dünyasını dəyişib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər