Argentina futbolunun əfsanəsi Dieqo Maradona dünya çempionatının final oyunu və “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Maradona Messinin bu mükafata layiq olmadığını iddia edib:
“Biz Argentina bayrağını şərəflə apardıq, bunu hamı bilsin. Almanlar yalnız müdafiədəki anlaşılmazlıq ucbatından qələbə qazandı. Almaniya oyun planında bizi üstələmədi. Onlar bizə hörmət edirdilər. Marketinq işi ilə məşğul olan insanlar Lionel Messiyə onun qazanmadığını hədiyyə etmək istədilər. Hətta belə görüntü yarandı ki, Leo “Qızıl top” mükafatını götürmək istəmir. Mən çempionatın ən yaxşısının Xames Rodriges olduğunu hesab edirəm”.
Fanat.az