Maradona baş məşqçi təyin edildi

Maradona baş məşqçi təyin edildi
Diyeqo Maradona baş məşqçi təyin edilib.
Fanat.Az xəbər verir ki, argentinalı əfsanə Meksikanın "Dorados de Sinaloa" klubunu çalışdıracaq. Bu klub Meksikanın ikinci divizionda çıxış edir. Cari birincilikdə komanda altı oyundan sonra 13-cü yeri tutur.
Maradonanın məşqçi kimi axırıncı iş yeri BƏƏ-nin "Əl-Fuceyrə" klubu olub. Argentinalı oranı apreldə tərk edib. Keçmiş futbolçu ondan sonra Belarus "Dinamo"sunun idarə heyətinin sədri olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər