Maquayr "Vest Hem"ə keçidinin alınmamasından danışdı

Maquayr "Vest Hem"ə keçidinin alınmamasından danışdı

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr "Vest Hem Yunayted" keçidinin alınmamasından danışıb.

Fanat.Az "Ekspress"ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi "çəkicdöyənlər"lə razılaşa bilmədiklərini açıqlayıb:

“Mövsümün ilk dörd oyununa start "11-lik"də başlamadım və iş yerimi dəyişmək fikrinə düşdüm. Mən futbol oynamaq istəyirəm. "Vest Hem" razılaşa bilmədik. "Mançester Yunayted" qalmağıma sevindi. Mən də heyətdəki yerim üçün mübarizə aparmaqdan məmnunam".

Mətbuatın yazdığına görə, "Vest Hem" Mançester təmsilçisinə Maquayr üçün 35 milyon avro təklif edib.

30 yaşlı müdafiəçi "Mançester Yunayted"ə 2019-cu ilin avqustunda "Lester"dən keçib. MY həmin vaxt "tülkülər"ə 87 milyon avro ödəyib ki, bu da dünya futbolu tarixinin ən bahalı müdafiçi transferi olub. Maquayrın klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Maquayrın transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər