Manuel Noyerdən tarixi rekord

Manuel Noyerdən tarixi rekord

"Bayern Münhen"in qapıçısı Manuel Noyer əfsanəvi qolkiper Oliver Kanın rekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı əlcək sahibi buna Almaniya Bundesliqasının 3-cü turu çərçivəsində keçirilən Berlin "Herta"sı ilə oyunda (5:0) qapısını toxunulmaz saxlayaraq nail olub.

Noyer indiyədək çıxdığı çempionat matçlarında 205 dəfə rəqiblərin topu tora qovuşdurmaq arzusunu gözündə qoyubsa, Kan karyerası ərzində 204 Bundesliqa qarşılaşmasında bunu bacarıb.

Qeyd edək ki, Manuel bütün turnirlər daxil olmaqla, "Bayern Münhen" formasıyla keçirdiyi 437 qarşılaşmanın 213-də qapısından top buraxmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər