Manuel Noyer sıradan çıxdı- onu kim əvəzləyəcək?

Manuel Noyer sıradan çıxdı- onu kim əvəzləyəcək?

Almaniya millisi Azərbaycanla oyun ərəfəsində ciddi itkiylə üzləşib. Fanat.Az xəbər verir ki, “Bavariya”nın və “bundestim”in əsas qapıçısı Manuel Noyer sıradan çıxıb.

Ulduz qolkiperin İngiltərəylə yoldaşlıq görüşündə və millimizlə martın 26-da “Tofiq Bəhramov”da baş tutacaq oyunda meydanda olmayacağı dəqiqdi. Artıq Yoahim Löv “bundestim”in sıralarına yeni qolkiper cəlb etməyə də imkan tapıb. Almaniya millisinin rəsmi “tvitter” səhifəsində PSJ-nin çərçivə qoruyucusu Kevin Trappın Lövün sərəncamına yollandığı yazılıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər