Manuel Noyer kollektiv məşqlərə nə vaxt başlayacaq?

Manuel Noyer kollektiv məşqlərə nə vaxt başlayacaq?

"Bayern Münhen"in və Almaniya millisinin qapıçısı Manuel Noyerin yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanıb.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, 36 yaşlı qolkiper yayda komandaya qoşula biləcək.

Xəbərə görə, bərpa prosesi uğurla keçir və "çərçivə" qoruyucusunun iyulda kollektiv məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, Noyer DÇ-2022-dən sonra xizək sürərəkən qəzaya uğrayaraq ayağını sındırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər