"Liverpul"un vingeri Sadio Mane karyerasını "Real"da davam etdirmək niyyətindədi.
Fanat.Az "France Football" nəşrinə istinadən xəbər verir ki, Manenin "Liverpul" tərk etmək istəməsinin səbəblərindən biri də baş məşqçi Yürqen Kloppdan inciməsidi. Alman çalışdırıcı son "Qızıl top" mükafatlandırma mərasimində Vircil van Deykə səs vermişdi. Namizədlər sırasında seneqallı futbolçu da var idi. Bu məsələyə görə Mane və Klopp arasında narazılıq yarandığı bildirilir.
"Real"la yanaşı, 28 yaşlı oyunçunun PSJ-yə keçmək ehtimalı da var.
Manenin "Liverpul"la olan müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Fanat.Az