Mandzukiç coşdu, "Bavariya" yarımfinala çıxdı - VİDEO

Mandzukiç coşdu, "Bavariya" yarımfinala çıxdı - VİDEO
Almaniya Kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gecə bu mərhələnin son üç oyunu keçirilib.
"Bavariya" "Hamburq"un qonağı olub və 5:0 hesablı qələbə qazanıb. Münhen təmsilçisinin heyətində Mario Mandzukiç het-trik edib, Dante və Aryen Robben hərəyə bir qol vurub.
"Bayer" evdə "Kayzerslautern"ə 0:1 hesabı ilə yenilərək mübarizəni dayandırıb. "Volfsburq" isə səfərdə "Hoffenhaym"dan üstün olub - 3:2.
Qeyd edək ki, bundan əvvəl Dortmund "Borussiya"sı yarımfinala çıxmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər