FIFA prezidentliyinə namizədlərdən biri geri çəkilib.
Fanat.az xəbər verir ki, Cənubi Afrikanın sabiq mənzil tikintisi naziri və Nelson Mandelanın silahdaşı Mosimo Qabriel (Tokyo) Seksvale FIFA) prezident seçkilərində namizədliyini geri götürüb. O, bu qərarını FİFA Konqresində elan edib.
Qeyd edək ki, artıq Konqresdə təşkilatın yeni rəhbərinin seçimi prosesinə başlanıb. Prezidentlik uğrunda UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə və FIFA-nın baş katibinin sabiq köməkçisi Jerom Şampan mübarizə aparır.
Fanat.az