Mario Mancukiç Qətərin "Əl-Duhail” klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkədə özü yazıb.
Xorvatiya yığmasının sabiq hücumçusu Qətər klubuyla olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozduqlarını bildirib.
Qeyd edək ki, Mancukiç "Əl-Duhail”ə 2019-cu ilin dekabrında "Yuventus”dan transfer olunmuşdu. O, bu komandada meydana çıxdığı 7 oyunda cəmi 1 qol vurub.
Fanat.Az