Mançini vəziyyətdən narazıdır: "Dzanyolo "Qalatasaray"a keçəndə..."

Mançini vəziyyətdən narazıdır: "Dzanyolo "Qalatasaray"a keçəndə..."

İtaliya millisinin baş məqşçisi Roberto Mançini yığmanın hücumçularının klublarda az oynamasından şikayətlənib.

Fanat.Az xəbər verir ki, mütəxəssisin dediklərini "Il Messaggero" belə çatdırıb:

"Hücumda problemlərimiz var. Ona görə yox ki, istedadlı oyunçularımız yoxdur. Sadəcə, forvardlarımı klublarında müntəzəm oynamalıdırlar. Təəssüf ki, bu yöndə vəziyyət ürəkaçan deyil. Milli üzvləri lazımi qədər forma şansı görmürlər.

Nikolo Dzanyolonun Türkiyəyə getməsinə münasibətim necədir? Dzanyolo "Qalatasaray"a keçəndə bu barədə mənim fikrimi də soruşmuşdu. Müsbət qarşıladım. Çünki bu, Dzanyolonun oynaması üçün ən əlverişli variant idi".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər