Mançini: "Vaxta ehtiyac var"

Mançini: "Vaxta ehtiyac var"

“60-cı dəqiqəyə qədər çox yaxşı oynadıq. Düzü, bu qədərini gözləmirdim”. Fanat.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini deyib.

İtaliyan çalışdırıcı “Kopenhagen” üzərində Çempionlar Liqasınında qazanılan 3:1 hesablı qələbədə pay sahibi olan azarkeşlərə təşəkkürünü bildirməklə yanaşı, vaxta ehtiyac olduğunu da qabardıb: “Bir az vaxta ehtiyacımız var. Bu komandaya yeni baş məşqçi gəlib. İstədiklərimizi həyata keçirmək bir az vaxt aparır. Bu axşamkı dəstəyə görə azarkeşlərimizə də təşəkkür edirəm. “Kopenhagen”lə səfərdəki qarşılaşmamız daha çətin keçəcək. Orada istədiyimiz nəticəni qazanmaq üçün daha yaxşı hazırlaşmalıyıq”

 

 Kopenhagenliləri yenən istanbulluların 4 xalla B qrupunda ikinci yerdə qərarlaşdığını diqqətinizə çatdıraq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər