Mançini İPL-ə qayıdır - Danışıqlar yekunlaşmaq üzrədir

Mançini İPL-ə qayıdır - Danışıqlar yekunlaşmaq üzrədir

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini yenidən İngiltərə Premyer Liqasında (İPL) işləyə bilər.

Fanat.Az "The Atletic"ə istinadən xəbər verir ki, onun xidmətində "Nottingem Forest" maraqlıdır.

Məlumata görə, hazırda "meşəbəyilər"in idarəçiləri təcrübəli mütəxəssislə danışıq aparırlar. Mənbə tərəflərin razılaşmağa yaxın olduqlarını vurğulayıb.

Xatırladaq ki, ilk 8 matçda qələbə qazana bilməyən "Nottingem Forest" Angelos Postekoğlunu istefaya göndərib. Komanda hazırda 5 xalla turnir cədvəlində 18-ci pilləsində mövqe tutub. 

Mançini 2009-2013-cü illər aralığında "Mançester Siti"ni çalışdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər