Mançini Belçika üzərində qələbəni şərh etdi

Mançini Belçika üzərində qələbəni şərh etdi

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasında 3-cü yer uğrunda Belçikaya qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az "Rai Sport"a istinadən xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə dəyərləndirib:

"Yaxşı oyun variantlarımız var. İspaniyaya ilə Avro-2020-də də üz-üzə gəlmişdik... Azlıqda qalmasaydıq, nəticə fərqli olardı. Bu gün də həmin oyun modelindən istifadə etdik. Futbolçularımız yarımmüdafiə və hücumda öz səviyyələrini ortaya qoydular. Çox şeyə qadir olduqlarını isbatladılar".

Xatırladaq ki, Millətlər Liqasının yarımfinal oyununda - İspaniya ilə görüşdə rusiyalı hakim Sergey Karasyov 40-cı dəqiqədə Leonardo Bonuççini meydandan qovmuş, son nəticədə ispanlar 2:1 hesablı qələbə qazanaraq finala yüksəlmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər