"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində bu gün "Mançester Siti"yə qarşı keçirəcəkləri səfər oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Onlardan heç nədə geri qalmırıq. Biz "Arsenal"ıq, onlar "Mançester Siti". Onların da bir neçə inanılmaz oyunçusu var, bizim də... Mançesterə bu qarşılaşmanın autsayderi kimi yollanmağa hazıram!"
Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" oyunu Bakı vaxtı ilə 19:30-da başlayacaq. 64 xala malik "Arsenal" İPL-in turnir cədvəlində 1-ci, 63 xalı olan MS isə 2-ci pillədə qərarlaşıb.
Nihat