"Liverpul"un müdafiəçisi Vircil van Deyk İngiltərə Premyer Liqasının 31-ci turunda səfərdə "Mançester Yunayted"ə qarşı keçirdikləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, niderlandlı futbolçunun dediklərini jurnalist Deyv Okkopun saytı belə çatdırıb:
"Mançester Yunayted"lə heç-heçə məğlubiyyətə bənzəyir. Biz yenə günahkarıq. Qol epizodlarımız çox oldu. Oyunu inamla başa vurmalıydıq. Təəssüf ki, səhvlərə yol verdik. Vaxtımız çox olsa da, həddindən artıq tələsirdik".
Qeyd edək ki, 31 tura 71 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlində 2-ci, 49 xala malik MY isə 6-cı pillədə mövqe tutub.
Nihat