"Mançester Yunayted"in yeni baş məşqçisinin adı məlumdur

"Mançester Yunayted"in yeni baş məşqçisinin adı məlumdur

Mövsümünün sonunda "Mançester Yunayted"də müvəqqəti baş məşqçi vəzifəsini icra edən Ralf Ranqnik klubdakı rolunu dəyişərək komandanın direktoru olacaq.

Fanat.Az "Sportsmail" saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçi postuna gətiriləcək mütəxəssisin də adı artıq məlumdur. Bu, "Ayaks"ın çalışdırıcısı Erik ten Haqdır. 

Mənbə qeyd edir ki, o, artıq Niderland klubuna yayda ayrılacağı ilə bağlı xəbərdarlıq edib və ingilis dilini öyrənməyə başlayıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər