"Mançester Yunayted"in sabiq qapıçısı Serxio Romero "Boka Xuniors"a keçib.
Fanat.Az xəbər verir ki, informasiyanə Argentina klubunun rəsmi saytı yayıb.
Qolkiper müqaviləyə imza atandan sonra eyni mənbəyə danışıb: "Fiziki hazırlıq baxımından hər şey qaydasındadır. Argentinada məşq etmişəm. Baş məşqçi əlavə hazırlığa ehtiyacım olduğuna qərar versə, səylə çalışmağa hazıram".
Qeyd edək ki, 2015-2021-ci illər aralığında MY forması geyinən Romeronun son klubu "Venetsiya" olub.
Nihat