"Mançester Yunayted"in "Real"dan istədiyi fantastik məbləğ

"Mançester Yunayted"in "Real"dan istədiyi fantastik məbləğ
"Real" Paul Poqba üçün "Mançester Yunayted"ə etdiyi təklif açıqlanıb.
Fanat.Az "The Times"ə istinadən xəbər verir ki, "Kral Klubu" yarımmüdafiəçi üçün 27.4 milyon funt-sterlinq (təxminən 30 milyon avro) və Xames Rodrigesi təklif edib. Lakin "Mançester Yunayted" təklifi rədd ediblər. İngilislər ulduz futbolçunu 150 milyon funt-sterlinqdən (təxminən 163 milyon avro) aşağı qiymətə satmaq niyyətində deyil.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 35 matçda iştirak edən Pol Poqba 13 qol, 9 assistlə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər