"Mançester Yunayted"in qapıçısı Bundesliqa klubunda - RƏSMİ

"Mançester Yunayted"in qapıçısı Bundesliqa klubunda - RƏSMİ

"Mançester Yunayted"in qapıçısı Matey Kovarj karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 23 yaşlı qoliper Leverkuzen "Bayer"inə transfer olunub.

Məlumatı Bundesliqa klubunun mətbuaxt xidməti yayıb.

Kovarj müddəti 2027-ci ilin yayına qədər olan müqaviləyə imza atıb. Çexiyalı futbolçu "Bayer"də 17 nömrəli formanı geyinəcək. "Kicker" nəşri bu transferin Leverkuzen təmsilçisinə 9 milyon avroya başa gəldiyini açıqlayıb.

Qeyd edək ki, Matey ötən mövsümü icarə əsasında "Sparta"da keçirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər