"Mançester Yunayted"in müdafiəçisi Aleks Telles zədələnib.
Fanat.Az xəbər verir ki, bunu "Mirror"a komandanın baş məşqçisi Ule-Qunnar Sulşer deyib:
"Aleksin topuğu burxulub. Bir neçə həftə oynamayacağı dəqiqdir. Zədəsinin o qədər də ciddi olmadığına ümid edirəm".
Qeyd edək ki, 28 yaşlı Telles geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 9 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat