"Mançester Yunayted"in hücumçusu Antoni Marsyalın agenti Filipp Lamboli müştərisinin bu qış İngiltərə klubunu tərk edəcəyini açıqlayıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Lamboli belə danışıb:
"Marsyal oynamalıdır... O, qışda klubunu dəyişmək fikrindədir. Yaxın vaxtlarda "Mançester Yunayted" rəhbərliyi ilə danışıq aparmaq niyyətindəyəm".
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında 7 oyunda forma şansı qazanan Antoni 1 qol vurub. Ön xətt oyunçusu Çempionlar Liqasında da 2 matça çıxıb.
Nihat