"Mançester Yunayted"in əfsanəsi Ronaldu və komanda yoldaşlarını təhqir etdi: "Bir dəstə avarasınız"

"Mançester Yunayted"in əfsanəsi Ronaldu və komanda yoldaşlarını təhqir etdi: "Bir dəstə avarasınız"

"Mançester Yunayted"in əfsanələrindən sayılan Hari Nevill komandanın oyunçularını sərt tənqid edib.

Fanat.Az xəbər verir ki, o, "Sky Sport"a açıqlamasında MY-nin futbolçularını "göydən yerə vurub".

Bir müddət Kriştianu Ronaldunun da kapitanı olmuş sabiq ingilis futbolçu Premyer Liqanın son turunda "Nyukasl"la səfərdəki xal itkisinə (1:1) sərt reaksiya verib: "Mançester Yunayted"in oyunçuları bir dəstə avaradır. Onlar həmişə hər şeydən şikayətlənirlər. Onlar bir ay əvvəl Ule Qunnar Sulşeri qovulublar və bu belə davam edərsə, tezliklə Ralf Ranqnik də istefaya göndəriləcək".  

Qeyd edək ki, Premyer Liqada 17 oyunda 28 xal toplayan "Mançester Yunayted" hazırda 7-ci pillədə qərarlaşıb və liderdən 19 xal (!) geri qalır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər